cabir

cabir Xəbərlər 21-06-2026, 19:00

Ukrayna-Polşa münasibətlərində yeni gərginlik: Zelenski ordeni geri göndərdi

Ukrayna-Polşa münasibətlərində yeni gərginlik: Zelenski ordeni geri göndərdi

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ona təqdim olunmuş "Ağ Qartal" ordenini Polşa Prezidenti Karol Navrotskiyə geri qaytarıb.        Sun.Az                   

xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında paylaşım edib.                           

Zelenski paylaşımına poçt şöbəsində çəkilmiş fotoları da əlavə edib.

O bildirib ki, 2023-cü ildə həmin ordenin, əslində, Ukrayna xalqına və ölkənin Silahlı Qüvvələrinə təqdim edildiyi hesab olunurdu.

Ukrayna Prezidenti qeyd edib ki, Polşanın ali dövlət mükafatının müxtəlif tarixi şəxsiyyətlərdə, o cümlədən II Yekaterina, Benito Mussolini və Gerhard Şröderdə qalması ilə bağlı qərara Kiyev etiraz etməyəcək.

Zelenski vurğulayıb ki, Ukrayna Polşa xalqının göstərdiyi dəstəyi və əməkdaşlığı yüksək qiymətləndirir, eyni zamanda iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etdirilməsində maraqlıdır.

Qeyd edək ki, bundan əvvəl Polşa Prezidenti Karol Navrotski tarixi məsələlərlə bağlı fikir ayrılıqları fonunda Zelenskini ölkənin ali ordenlərindən birindən məhrum etmişdi. Bundan sonra Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Polşanın dövlət mükafatından imtina etdiyini açıqlamışdı.

                                                

                                                   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
102 59 73 96 99 69

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.