Salamat qal, bəsimdir
Unuduram mən səni,
Aram- aram, günbəgün.
İtirirəm mən səni,
Küçə- küçə, tinbətin.
İtirirəm mən səni,
Alın qırışlarımda.
Ləpirinə zillənən,
Donuq baxışlarımda.
Yol gedəndə böyüyü,
Ötüb keçmək ayıbdır.
Bu cür böyük bir eşqi,
Ötüb keçmə, ayıbdır.
Demə mənə “ağlama
Göz yaşında batarlar”.
Gedənin arxasıyca,
Adətdi, su atarlar.
Şeir üçün siqaret,
Bir də bu hal bəsimdir.
Yanımda qalmasan da,
Salamat qal, bəsimdir.







