cabir

cabir Xəbərlər 25-06-2026, 17:30

Rusiya Ermənistandakı vəziyyətə münasibət bildirdi

Rusiya Ermənistandakı vəziyyətə münasibət bildirdi

Rusiya Ermənistan ətrafında baş verən prosesləri Moskvanın üzv olduğu inteqrasiya birliklərinə qarşı yönəlmiş təzyiq cəhdi kimi qiymətləndirir.       Sun.Az               

xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Primakov Oxuları" forumunda çıxışı zamanı səsləndirib.                   

Uşakov bildirib ki, "ölkəmizin birbaşa iştirak etdiyi inteqrasiya birliklərinə zərbə vurmaq məqsədi daşıyan, qaydalara əsaslanan nizamın tərəfdarlarının ardıcıl cəhdlərini müşahidə edirik".

O qeyd edib ki, bu yanaşma əsrlər boyu yanaşı yaşamış və bir-birinə dəstək olmuş xalqların ortaq tarix və coğrafiyasına yenidən baxılması ideyasının təşviqi ilə müşayiət olunur.

Uşakov belə yanaşmaları reallıqdan uzaq və əsassız hesab edərək onları "xəyal" adlandırıb.

            

                                         

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
66 100 55 70 88 60

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.