Cənubi Osetiya lideri vəzifəsini tərk etdi
Cənubi Osetiyanın lideri Alan Qaqloyev vəzifəsindən istefa verib və Rusiya Prezidenti Vladimir Putinin təklifini qəbul edərək onun müşaviri vəzifəsinə keçib. Sun.Az
xəbər verir ki, bu barədə "Res" xəbər agentliyi Telegram kanalında məlumat yayıb.
"Dünən Prezident Vladimir Putinlə görüşdüm və o, mənə Rusiya Prezident Administrasiyasında müşavir vəzifəsi təklif etdi", - deyə Qaqloyev bildirib.
O əlavə edib ki, Baş nazir Marat Kambolov Cənubi Osetiyada müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edəcək.






