ice berg

ice berg Heyvanlar aləmi 14-07-2026, 15:00

İtlər ölməzdən əvvəl nə düşünür? – Ürəkdağlayan bir detal AÇIQLANDI

İtlər ölməzdən əvvəl nə düşünür? – Ürəkdağlayan bir detal AÇIQLANDI

Ev heyvanını itirmək hər bir sahib üçün ən ağır anlardan biridir. Baytar həkimlər ömrünün son mərhələsində olan itlərin davranışları barədə danışaraq, sahiblərə heyvanlarının son nəfəsinə qədər yanında qalmağı tövsiyə edib. 

 

Loading.az xarici mediaya istinadən xəbər verir ki, bunun da səbəbi itlərin son anlarında ən çox sahiblərini axtarması və baxışları ilə onları görməyə çalışmasıdır.

 

Baytarlar qeyd edib ki, müşahidələr zamanı itlər tez-tez qapıya tərəf baxaraq sahibinin geri qayıtmasını gözləyiblər. Onların fikrincə, bu anlarda heyvanlar ən çox bağlandıqları insanı görmək istəyirlər.

 

Mütəxəssislər vurğulayırlar ki, itlərin ölümü insanlar kimi dərk etdiyini təsdiqləyən elmi sübutlar yoxdur.

 

Bununla belə, məlumdur ki, bu heyvanlar ətraf mühitdə baş verən dəyişikliklərə son dərəcə həssasdırlar.

 

Ev heyvanlarının sağlamlığı üzrə mütəxəssislərin sözlərinə görə, itlər insanların hiss etmədiyi qoxu, səs və davranış dəyişikliklərini belə asanlıqla sezə bilirlər. Güclü iybilmə qabiliyyəti sayəsində onlar xəstəliklərin, qan şəkərinin aşağı düşməsinin, infeksiyaların və digər sağlamlıq problemlərinin əlamətlərini müəyyən edə bilirlər.

 

Bəzi ekspertlər hesab edirlər ki, itlər insan və ya digər heyvanın orqanizmində ölümə yaxın baş verən bioloji dəyişiklikləri də hiss edə bilirlər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
69 54 87 60 96 58

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.