Ukrayna Aster 30 raketlərini istehsal edə bilər
Ukraynanın Fransa və İtaliyanın birgə hazırladığı Aster 30 tutucu raketlərinin istehsalı üçün lisenziya alacağı bildirilir. Sun.Az
xəbər verir ki, bu barədə TWZ nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Aster 30 raketləri Ukraynanın ehtiyac duyduğu Patriot hava hücumundan müdafiə raketlərinə daha əlverişli alternativ hesab olunur. Məlumatda qeyd edilir ki, Ukraynaya bu raketlərin istehsalı üçün lisenziya verilməsi təşəbbüsü Fransa Prezidenti Emmanuel Makrondan gəlib.
Bundan əlavə, Ukraynanın Fransadan AASM Hammer seriyalı dəqiq idarəolunan sursatların və SCALP qanadlı raketlərinin istehsalı üçün də icazə ala biləcəyi bildirilir.






