Fransa Parlamentinin komitəsi 15 yaşdan kiçiklər üçün sosial media qadağasını təsdiqlədi
Fransa Parlamentinin barışıq komitəsi bazar ertəsi günü 15 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun layihəsi üzərində razılığa gəlib. Loading.Az
Reuters-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron qadağanın tədris ilinin əvvəlində, sentyabrın əvvəlində qüvvəyə minməsini istədiyini bildirib. Makron Avropa Birliyində və digər yerlərdə qadağanı dəstəkləyib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bu yaxınlarda 27 ölkədən ibarət blokda uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılmasını dəstəkləyib.
Müəllif: İlkin Məmmədkərimov






