Ağ Ev adından Britaniya Baş nazirinə yazan şəxslə bağlı şok şübhə
Britaniyanın Baş naziri Endi Börnhem ABŞ Prezidenti Donald Trampın ən yaxın məsləhətçilərindən biri kimi təqdim edilən şəxslə yazışıb. Loading.Az
xəbər verir ki, bu barədə "Politico" rəsmi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Britaniya Baş naziri özünü Ağ Evin aparat rəhbəri Syuzan Uayls kimi təqdim edən şəxslə qısa müddət ərzində əlaqə saxlayıb. Daha sonra Börnhem bu əlaqənin saxta ola biləcəyindən narahatlıq keçirib.
Dauninq Strit hadisə ilə bağlı rəsmi şərh verməkdən imtina edərək bildirib: "Biz milli təhlükəsizlik məsələləri ilə bağlı məlumatları açıqlamırıq".
Vaşinqtondakı Britaniya səfirliyi hadisə ilə bağlı narahatlığını Ağ Evə çatdırıb. ABŞ tərəfi isə məsələ ilə bağlı şərh verməyib.






