cabir

cabir Xəbərlər 17-08-2026, 13:00

Saakaşvili: Gürcüstan Qərb əleyhinə pakt yarada bilər

Saakaşvili: Gürcüstan Qərb əleyhinə pakt yarada bilər

Gürcüstanın yaxın gələcəkdə Rusiya ilə diplomatik münasibətləri bərpa etməyi və Abxaziya ilə güc tətbiq etməmək barədə müqavilə imzalamağı planlaşdırdığı iddia edilir.                     Loading.Az                     xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu barədə "Facebook" səhifəsində məlumat verib.                                  

"Rusiya ilə müqavilə imzalamağı, diplomatik münasibətləri bərpa etməyi və Qərb əleyhinə pakt yaratmağı, həmçinin Abxaziya və Sxinvalinin oyuncaq hakimiyyəti ilə güc tətbiq etməmək barədə müqavilə imzalamağı planlaşdırırlar", - deyə siyasətçi bildirib.

Saakaşvili, həmçinin Gürcüstanın neytrallıq haqqında bəyannamə qəbul edəcəyinə əmin olduğunu vurğulayıb.

                         

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
15 29 23 30 28 17

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.