Polşada sui-qəsd cəhdinin qarşısı alındı - Rusiya vətəndaşı saxlanıldı
Polşanın Baş naziri Donald Tusk Varşavada ABŞ və Ukrayna vətəndaşlığı olan şəxsi öldürməyə cəhd etməkdə şübhəli bilinən Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb. Loading.Az
xəbər verir ki, Tuskun sözlərinə görə, şübhəli şəxs avqustun 7-də saxlanılıb.
Baş nazir iddia edib ki, Rusiya vətəndaşı "Rusiya kəşfiyyat xidmətləri tərəfindən cəlb edilib".
"Son anda Daxili Təhlükəsizlik Agentliyi və polisin keçirdiyi əməliyyat sayəsində sui-qəsd cəhdinin qarşısı alınıb", - deyə Tusk bildirib.
O, həmçinin ABŞ kəşfiyyat orqanlarına əməkdaşlığa görə təşəkkür edib.
Əlaqələndirici Kəşfiyyat naziri Tomaş Siemoniak isə Rusiya vətəndaşının saxlanılması əməliyyatının ABŞ tərəfi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini açıqlayıb.






