Hörmüz boğazında gəmiyə "naməlum mərmi" atılıb
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) çərşənbə axşamı Hörmüz boğazında bir gəminin "naməlum mərmi" ilə vurulduğu və nəticədə bir nəfərin öldüyü barədə məlumat aldığını bildirib. Loading.Az
CNN-ə istinadən xəbər verir ki, UKMTO bildirib ki, gəmi həmin vaxt vacib su yolundan "çıxış tranziti" həyata keçirirdi. "Zərbə mühərrik otağına ziyan vurub və heyət üzvlərinin xəsarət almasına səbəb olub. Qalan heyətə hazırda Oman Sahil Mühafizəsi kömək edir", - deyə məlumatda bildirilir.
Xəsarət alanlarla bağlı əlavə məlumat verilməyib. MarineTraffic-in bazar ertəsi verdiyi məlumata görə, hadisə boğazda nəqliyyatın hərəkəti hələ də çətinləşdiyi və son 24 saat ərzində ən azı üç ticarət gəmisinin keçdiyi bir vaxtda baş verib.
Müəllif: İlkin Məmmədkərimov






