cabir

cabir Xəbərlər 19-08-2026, 22:00

Paşinyanın Kiyevə mümkün səfəri ilə bağlı diqqətçəkən açıqlama

Paşinyanın Kiyevə mümkün səfəri ilə bağlı diqqətçəkən açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kiyevə potensial səfəri Yerevanın Moskva ilə münasibətlərini kəsmək istiqamətində atılan addım ola bilər.                  Loading.Az         

xəbər verir ki, bunu erməni politoloq Norayr Dunamalyan Lenta.ru-ya açıqlamasında bildirib.         

Ekspertin sözlərinə görə, Paşinyanın belə bir səfər etməsi üçün əlverişli geosiyasi bəhanəyə ehtiyacı var.

Dunamalyan hesab edir ki, belə bir səfər Ermənistanın Rusiyadan ənənəvi asılılıqdan sonuncu dəfə qurtulmaq istəyini nümayiş etdirən simvolik addım ola bilər. Onun sözlərinə görə, bu, eyni zamanda, Ermənistan rəhbərliyinin ölkəni Rusiyanın təsir dairəsindən daha da uzaqlaşdırmaq niyyətini Qərbə göstərərdi.

Politoloq bildirib ki, Paşinyanın Kiyevə səfəri yalnız Ermənistanın ümumavropa siyasətini genişləndirməsi fonunda mümkün ola bilər. Hazırda isə bu addım Rusiyanın Ermənistan iqtisadiyyatına göstərə biləcəyi təzyiqlə məhdudlaşır.

Ekspertin fikrincə, baş verə biləcək proseslər, böyük ehtimalla, Ermənistanın xarici siyasətində daha ciddi dəyişikliklərin edilməsi üçün daxili bəhanə kimi təqdim olunacaq.

                                      

                                        

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
38 19 27 33 27 26

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.