Pekin Tokioya səsləndi: Nüvə məsələsində "odla oynamayın"
Pekin Tokionu nüvə silahı məsələsində "odla oynamağı" dayandırmağa çağırıb. Loading.Az xəbər verir ki, bu açıqlamanı Çinin Moskvadakı səfiri Çjan Hanhui TASS üçün yazdığı məqalədə verib.
Onun sözlərinə görə, Yaponiya hökuməti nüvə silahı hazırlamaq qərarına gələrsə, Şimal-Şərqi Asiyada strateji tarazlıq tamamilə pozula bilər. Diplomat əlavə edib ki, bu halda regionda nüvə silahlanması yarışının başlanması riski yaranacaq.
Çjan Hanhui həmçinin yaponları belə bir addımın nəticələri ilə bağlı xəbərdar edib və onların "yenidən özlərini tarixin zirvəsində tapacaqlarını" bildirib.






