ice berg

ice berg Şeirlər 5-09-2026, 23:00

Ömür ötüb gedib məndən xəbərsiz

Ömür ötüb gedib məndən xəbərsiz

Titrəyir əllərim, ötür zamanım,

Tükənir sözlərim, keçir hər anım.

Yoxdur bu çarəsiz dərdə dərmanım,

Keçmədi bir günüm dərdsiz, kədərsiz 

Ömür ötüb gedib məndən xəbərsiz.

 

Əsdi bu hicranın soyuq küləyi,

Qopardı qəlbimdən min bir diləyi.

Artıq tab gətirməz şair ürəyi;

Başqa söz deməyim vədəsiz, yersiz 

Ömür ötüb gedib məndən xəbərsiz.

 

Bu şeiri yazıram şair şanına,

Biganə qalmışam alın yazıma.

Hikməti bəxş olub əbədi canıma,

Şeir yazılmaz ki kədərsiz, qəmsiz 

Ömür ötüb gedib məndən xəbərsiz.

 

Qalmadı yazmağa taqətim, halım,

Qaldı vəfasızda sanki bir yarım.

Bu eşqi-hicrandan yanır sol yanım,

Şairin qəlbi çox yandı sevgisiz 

Ömür ötüb gedib məndən xəbərsiz.

 

• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
84 77 59 74 74 75

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.