ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 21:50

Ermənistan ordusunda intihar dalğası - ŞOK RƏQƏMLƏR

Ermənistan ordusunda intihar dalğası - ŞOK RƏQƏMLƏR

Ermənistan Silahlı Qüvvələrində 2026-cı il yanvarın 1-dən sentyabrın 22-dək 34 ölüm hadisəsi qeydə alınıb.
Cin.az  xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts bildirib.

Sakuntsun təqdim etdiyi statistikaya görə, 34 ölümün 14-ü hərbi xidmətlə əlaqəli, 19-u isə xidmətlə əlaqəsi olmayan hallar kimi təsnif edilib. Daha 1 ölümün səbəbləri həmin tarixədək müəyyənləşdirilməyib.

Xidmətlə əlaqəli 14 ölümün 7-si intihar, 3-ü qətl, 2-si sağlamlıq problemləri, 1-i avtomobil qəzası, 1-i isə silah-sursatla davranış qaydalarının pozulması nəticəsində baş verib.

Xidmətlə əlaqəsi olmayan 19 ölümün 9-u sağlamlıq problemləri, 6-sı avtomobil qəzası, 2-si intihar, 1-i qətl, 1-i isə bədbəxt hadisə kimi göstərilib.

Beləliklə, hüquq müdafiəçisinin təqdim etdiyi statistikaya əsasən, ilin əvvəlindən sentyabrın 22-dək Ermənistan ordusunda ən azı 9 intihar hadisəsi qeydə alınıb. Onlardan 7-si xidmətlə əlaqəli, 2-si isə xidmətlə əlaqəsiz kateqoriyaya daxil edilib.

Ermənistan KİV-ləri intihar hadisələrinin bəziləri haqda adlı məlumatlar dərc edib:

Vahan Petrosyan – hərbi hissədə güllə yarası ilə tapılıb

İlin ilk diqqətçəkən hadisələrindən biri yanvarın 14-də baş verib.

18 yaşlı Vahan Xaçaturi Petrosyan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində güllə yarası ilə ölü tapılıb. Ermənistan Müdafiə Nazirliyi hadisənin araşdırıldığını bəyan edib.

Daha sonra Ermənistan İstintaq Komitəsi ölüm faktı ilə bağlı bir nəfər barəsində hərbçini ehtiyatsızlıqdan intihara çatdırma maddəsi ilə cinayət təqibinə başlayıb və həmin şəxs saxlanılıb.

Davit Manukyan – xidmətə göndərildikdən bir gün sonra ölüb

Fevralın 7-də 22 yaşlı müqaviləli hərbçi Davit Manukyan hərbi hissələrdən birində ölü tapılıb.

Erməni mediasının məlumatına görə, Manukyan Tavuş vilayətinin Baqrataşen kəndindən idi və xidmətə göndərildikdən cəmi bir gün sonra ölüb. Hadisə ilə bağlı araşdırma başlanıb.

Bəzi erməni mənbələrində ilkin versiyalardan birinin intihar olduğu bildirilsə də, açıq mənbələrdə bu ölümün hüquqi təsnifatı ilə bağlı yekun nəticə təqdim edilməyib.

Narek Hakobyan – ölüm işi intihara çatdırılma maddəsi ilə araşdırılıb

Aprelin 14-də Narek Arşaki Hakobyan vəfat edib.

Ermənistan Müdafiə Nazirliyi onun ölümünü təsdiqləyib. Daha sonra İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi başladıldığını və işin hərbçini intihara çatdırma maddəsi üzrə araşdırıldığını açıqlayıb.

Erməni mətbuatında Hakobyanın 19 yaşlı çağırışçı olduğu və ölümünün odlu silahla əlaqəli olduğu barədə məlumatlar yayılıb. Hadisənin bütün hüquqi halları üzrə istintaq davam edib.

Aramais Gevorqyan – Qafan hərbi hissəsində ölüb

İyunun 2-də Aramais Merujani Gevorqyanın meyiti Kapan şəhərində yerləşən hərbi hissədə aşkarlanıb.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı hərbçini ehtiyatsızlıqdan intihara çatdırma maddəsi üzrə cinayət işi başladıb. Müdafiə Nazirliyi isə onun meyitinin gecə saatlarında hərbi hissədə aşkarlandığını bildirib.

Narek Torosyan – tələbə idi, hərbi xidmətdə öldü

İyulun 21-də 20 yaşlı Narek Torosyan hərbi hissədə ölüb.

Çarentsavan sakini olan Torosyan Rus-Erməni Universitetinin jurnalistika fakültəsinin tələbəsi idi. O, hərbi xidmətə çağırılmışdı və ölümündən əvvəl Armavir və daha sonra Çambarakdakı hərbi hissədə xidmət etdiyi bildirilirdi.

Hadisədən sonra Ermənistan İstintaq Komitəsi iki hərbçi – kiçik serjant və sıravi əsgər barəsində cinayət təqibinə başlayıb. Hər iki şəxs Torosyanı ehtiyatsızlıqdan intihara çatdırmaqda şübhəli bilinərək həbs edilib.

Torosyanın ölümü ilə bağlı hadisə Ermənistan ordusunda qeyri-nizamnamə münasibətləri və hərbçilər arasında zorakılıq məsələsini yenidən gündəmə gətirib.

Qriqor Zakaryan – ölümündən sonra bir nəfər həbs edildi

Avqustun 13-də Qriqor Edqari Zakaryan hərbi hissədə odlu silah yarası ilə ölü tapılıb.

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyərək araşdırma başladıldığını açıqlayıb. Daha sonra İstintaq Komitəsi Zakaryanın intiharına ehtiyatsızlıqdan səbəb olmaq ittihamı ilə bir nəfər barəsində cinayət təqibinə başlanıldığını və həmin şəxsin həbs edildiyini bildirib.

Ermənistan hökuməti də problemi gündəmə gətirib

Məsələ Ermənistan hökumətinin gündəliyinə də daxil olub.

Avqustun 19-da Baş nazir Nikol Paşinyanın qərarı ilə Silahlı Qüvvələrdə intiharlar və qeyri-nizamnamə münasibətləri ilə bağlı sistemli həllər hazırlamaq üçün idarələrarası işçi qrupu yaradılıb. 11 nəfərdən ibarət qrupun tərkibinə müdafiə, səhiyyə, təhsil və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri daxil edilib. Qrupa müdafiə naziri rəhbərlik edir və üç ay ərzində təkliflər hazırlaması nəzərdə tutulub.

Sentyabrın 24-də daha bir hərbçi öldü

Hüquq müdafiəçisi Artur Sakuntsun statistikası sentyabrın 22-dək olan dövrü əhatə edir. Bundan iki gün sonra – sentyabrın 24-də Ermənistan Müdafiə Nazirliyi D.K. inisialları ilə təqdim edilən müqaviləli hərbçinin partlayış nəticəsində öldüyünü açıqlayıb.

Nazirlik hadisənin Sisiandakı hərbi hissədə baş verdiyi barədə yayılan məlumatlar fonunda ölümün səbəblərinin hələ müəyyənləşdirilmədiyini və araşdırma aparıldığını bildirib. Ermənistanın “Hraparak” nəşri isə ilkin versiyanın intihar olduğunu yazıb. Lakin Müdafiə Nazirliyi hadisənin hüquqi təsnifatına tələsməməyə çağırıb.

Son hadisədən sonra Ermənistan Silahlı Qüvvələrində 2026-cı il üzrə ölüm statistikası 35 nəfərə, intihar edənlərin sayı isə 10 nəfərə çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
7 6 4 16 6 9

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.