Gürcüstanın xarici ticarət dövriyyəsi 9 ayda 20,5 milyard dolları ötüb
Gürcüstanın xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % artaraq 20,53 milyard ABŞ dollarına çatıb.
"Loandig az"ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə ilkin ticarət statistikası məlumatlarında bildirilib. Göstəriciyə bəyan edilməmiş ticarət daxil deyil.
Hesabat dövründə Gürcüstanın ixracı 19,6 % artaraq 6,15 milyard dollar, idxalı isə 5,3 % artaraq 14,38 milyard dollar təşkil edib.
Nəticədə ölkənin mənfi ticarət saldosu 8,23 milyard dollara çatıb. Bu göstərici ümumi xarici ticarət dövriyyəsinin 40,1 %-nə bərabər olub.






