ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman Dünən, 19:14

Keyn Messinin rekordunu qırdı

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Loading.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Norveçin “Vikinq” klubu ilə matçda dubl edərək bu göstəricini 36-ya çatdırıb.

33 yaşlı hücumçu buna 40 oyunda nail olub. O, bu göstəricidə Lionel Messini geridə qoyub. Argentinalı ulduz 30 yaşından sonra Çempionlar Liqasında 35 qol vurub.

Keyn daha bir göstəricidə fərqlənib. O, turnirdə ardıcıl 9-cu oyunda qol vuraraq Rud van Nistelroy, Robert Levandovski və Kriştiano Ronaldunun nailiyyətini təkrarlayıb. Bu göstərici üzrə rekord isə ardıcıl 11 matçda fərqlənən Kriştiano Ronaldoya məxsusdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
12 11 9 31 10 13

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.