Mən ki təmənnasız sevirəm səni!
Nə zaman istəsən, gəl döy qapımı,
Mən yenə qapımı açaram sənə.
Əgər ki köməyə ehtiyac olsa,
“Bircə gəl” sözünə qaçaram sənə.
Mənim bu qəlbimin dərinliyində
Sən adlı bir insan hələ də vardır.
Sən gedib özgəyə yar olsan belə,
Bu ürək hələ də tək sənə yardır.
Ən böyük dərdimdir ümidsizliyim,
Daha gözləmirəm sevəsən məni.
Bu eşqə tək şahid Allahım olsun,
Mən ki təmənnasız sevirəm səni!







