Th30

Th30 İdman Dünən, 15:30

"Barselona" Alexandro Baldeni satmağa hazırdır

"Barselona" Alexandro Baldeni satmağa hazırdır

İspaniyanın "Barselona" klubu müdafiəçisi Alexandro Balde ilə yolları ayırmağı planlaşdırır.

"Loading.az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı futbolçunu yanvarda icarəyə verməyi nəzərdən keçirmir və onun satışına ümid edir.

Klub qış "transfer pəncərəsi"ndə müdafiənin mərkəzini gücləndirmək niyyətindədir və yeni oyunçu almaq üçün lazımi vəsaiti 23 yaşlı müdafiəçinin gedişindən əldə etmək istəyir. Portuqaliyanın "Benfika" və İngiltərənin "Mançester Yunayted" klubları gənc oyunçuya maraq göstərir.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə cəmi 4 matça çıxan Alexandro Balde məhsuldar hərəkətlə yadda qalmayıb. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
17 15 14 15 11 20

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.