Kənan Heydərov

Kənan Heydərov Şeirlər 28-11-2017, 16:30

~❤️~ Külək yağış gətirdi ~❤️~

~❤️~ Külək yağış gətirdi ~❤️~
~❤️~ Külək yağış gətirdi ~❤️~




Yağış döymə pəncərəmi
Xatirələr canlanır!
Gülümsəyən üzümə
O an kədər yollanır.


Yağış döymə pəncərəmi,
Anlamı yox bu kədərin!
Mən unutdum səndə unut,
O vaxt olub keçənləri!


Yağış döymə pəncərəmi,
Səsin boğur sıxır məni!
Sən indi get külək gəlsin,
Birazcıqda o söylənsin!


Yağış döymə pəncərəmi,
Heç olmasa bir neçə gün!
Mənə yazığın gəlsin,
Qoy unudum keçənləri!


Yağış döymə pəncərəmi,
Mən anladım öz səfimi!
Sən çıx get günəş doğsun,
İşıq saçsın yer qurusun!


Yağış döymə pəncərəmi,
Məndən artıq kəs umudu!
Başqası üçün yağsan nə olar?
Mənim dərdim mənə bəsdir!!!





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
729 718 671 590 678 586

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.