“İntel” mobil prosessor bazarından çıxır!
Dünyanın ən böyük prosessor istehsalçısı “İntel” noutbuk və PC prosessorları bazarına liderlik edir. Halbuki mobil prosessorlar bazarında hal belə deyil.
Mobil prosessor bazarına “Qualcomm”, “MediaTek” və “Samsung” liderlik edir. Buna görə də, bazardakı rəqabət üst səviyyədədir. Hal belə olduğu üçün “İntel” də bu bazara olan ümidini itirib. Bu səbəbdir ki, şirkət kod adları “SoFİA”, “Broxton” və “Cherry Trail” olan “Atom” prosessorlarını ləğv edib.
Qeyd edək ki, “İntel” mobil bazardan çıxması ilə bağlı rəsmi açıqlama verməyib, ancaq “Atom” prosessorlarını ləğv etməsi bunu göstərir.