ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər Dünən, 20:29

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - 4 hərbçi həlak olub

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - 4 hərbçi həlak olub

Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan 4 hərbçi həlak olub.

Duz.az  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, hələlik qəzanın səbəbi müəyyən edilməyib.Əraziyə çox sayda təcili tibbi yardım avtomobili, yanğınsöndürən və tibbi heyət cəlb olunub.

Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında şəhid olan hərbçilərin ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqa başsağlığı verilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
7 15 8 1 20 15

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.