DeepDark

DeepDark Hekayələr 7-12-2017, 22:34

Kiçik Əllər ( Yeni Hekayə )

Kiçik Əllər ( Yeni Hekayə )


Qərənfillər mənim çox sevdiyim güllərdir. Həyatımızda sevdiyimiz nə varsa, onların başına çox zaman pis şeylər gəlir. Qərənfillər də, soyuq məzar daşlarının üzərində olurdu artıq. Sevdiyim gül həyatda əvəzolunmaz insan olan, anamın məzarı üstündə idi. Hər zaman bura gələrkən gözlərimin dolmaması mümkün deyil. İndi də , yanaqlarımı isti göz yaşları isladırdı. Küləkli bir gün olmasına baxmayaraq asta addımlarla öz binamızdan çox da, uzaq olmayan mağazamıza tərəf yollanıram. Atam hər zaman dayandığı yerdədir. Mağazada müştərilərə almaq istədiklərini verirdi. Sifətindən heçdə məmnun görünmürdü. Buna səbəb bəlkə də satışın az olması idi. Mən mağazanın qapısından içəri keçirəm və atama demək istəyirəm ki, daha mən burdayam sən evə gedib istirahət edə bilərsən. Burda müştərilərə istədiklərini verə bilərəm. Düzdü danışa bilməsəm də malların adını, yaxşı bilirəm. Təəssüflər olsun ki, heç bunları belə deyə bilmirəm. Atam yenə, danışa bilməsəm də məni anlayır. Açarları masanın üzərinə qoyur, qapını örtərkən xəfifcə gülümsünür. Stula əyləşirəm, gözlərimi bir anlıq yumuram. Xəyallarla reallıq arasında olan bu haqsızlıq, niyə anam xəyallarımda yaşarkən məhz yanımda deyil. Köhnə telefonun səsi, məni reallığa qaytarır. Dəstəyi götürüb cavab verirəm.
Buyurun eşidirəm..
Telefonun o biri tərəfindəki, şəxs cavab vermir.
Sonra danışa bilmədiyimi, o şəxsin isə məni eşitməməsini normal hesab edib dəstəyi yerə qoyuram. Yəqin ki, o şəxs daha zəng etməz.
Xatırlayıram, zamanın tez irəllədiyini atasının əlindən tutub, şən və sevinclərlə oynayan balaca qız deyildim artıq. On üç yaşım vardı. Hava qaralmağa başlayırdı, gəlib gedən müştərilər də yox idi. Mən mağazadan çıxıb qapını bağlayıram. Səmada qara buludlar toplanıb, yağışın yağacağı gözlənilirdi. Televiziya kanallarında hava ilə bağlı proqnozlardan eşitmişdim. Oktyabr ayı, sərt külək və yağışlarla keçəcək. Evə tələsirəm, bizim binamız doqquz mərtəbəli köhnə binadır. Həyətində oyun meydançası belə yoxdur. Mən binaya yaxınlaşarkən, uzaqdan atamın qara rəngli mersedes-benz markalı, bir avtomobilə əyləşərkən görürəm. Avtomobilin sahibi kim idi? Niyə onlarla birgə gedir? Az sonra, tük ürpərdici mühərrik səsi eşidilir. Suallarım isə cavabsız olaraq qalır. Mən pilləkənlə doqquzuncu mərtəbəyə qalıxıram atamın evdən necə tələsərək çıxdığının sübütü olaraq, qapını açıq vəziyyətdə görürəm. İçəri keçib qapını bağlayıram. Daha sonra, mətbəxdə soyuducudan axşam yeməyini çıxardıram. Sobanı elektirik cərəyanına qoşuram və biraz gözləməli oluram. Tv olan otaqda, tv də evin qapısı kimi açıq vəziyyətdə idi. Xəbərlər informasiya proqramını verirdilər. Yol qəzasında iki nəfər xəsarət alıb, bir nəfər isə ölüb. Fikirimdə yenə o qara rəngli, avtomobil canlandı. Sanki nəfəsim daraldı balkona çıxıram, yağış artıq yağmağa başlamışdı. Səma isə boz rəngdə idi. Yəqin ki, sabaha qədər yağış fasiləsiz davam edəcəkdi. Yenidən evə qayıdıram, yeməyi sobada qoyduğumu xatırlayıram. Tez qaçıb yeməyi sobadan çıxardıram, toyuq normadan çox qızarıb heçnə olmaz yeyə bilərəm. Bu an qapının açıldığını eşidirəm, gələn atam idi. Üzündən çox yorğun görünürdü. Mən cibimdən vərəqlə qələm çıxardıram və bu sözləri yazıram.

" Səni bu gün bir qara rəngli, avtomobilə əyləşərkən gördüm. Biraz qorxdum onlar kim idi? "

Danışa bilmədiyim üçün, hər zaman cibimdə vərəqlə qələm gəzdirirdim. Fikirlərimi həm də, dedeyimi anlamaları üçün. Yazdığım vərəqi atama verirəm, o oxuyur fikirli halda cavab verir. Heç qızım dostumdu işlə bağlı görüşmüşdük. Sən yeməyini ye, sonra otağına get yat bunları düşünmə. Bu sözlərə nədənsə inanmıram, çünki bizim elə bahalı insanlarla nə dostluğumuz ola bilərdiki? Mən öz otağıma qalıxıram, noutbookumu işə salıram. İlk olaraq "Shopping mall " web sayıtına giriş edirəm. Burada, müxtəlif malların olduğu siyahı vardı. Geyimlər olan bölməyə, daxil oluram. Rəfiqəm üçün geym axtarıram, bir gün sonra doğum günü olacaqdı. Sadə çox da bahalı olmayan, bir don geyimi istərdim. Oranın ünvanını yazıram. Atamın hər ay mənə ayırdığı pul demək olar ki, artıqlaması ilə bəs edirdi. Yuxum gəlir daha doğrusu, bu gün çox yorulmuşdum. Gözlərimi yumuram yağışın hələ də, yağmaqda olduğunu eşidirəm.
Mağazadan evə yollanıram qaran rəngli, avtomobilin bizim binanın giriş qapısında dayandığını görürəm. Tələsərək, var gücümlə ora doğru qaçıram budur, avtomobilin içərisi boşdur və o kimsələr bizim mənzildədir. Pilləkənləri necə qalxdığımı, xatırlamıram nəfəsim çatmır, gördüklərim məni dəhşətə gətirir. Atam yerdə qan içində, kömək istəyir.
Qızım Lena kömək et onlar...
Onun gözləri yumulur. Yuxudan ürək döyüntülərimin hissinə oyanıram. Tərdən bütün sifətim qızarmışdı, cəld çarpayıdan qalıxıram hamamda üzümə su vururam, özümə gəlməyim üçün bu vacibdir. Qara rəngli o avtomobil yox, bəlkədə mən bu qorxunc fikirləri ağlıma gətirirəm. Otağımdan çıxıram, mətbəxtdə yemək hazır masanın üzərinə düzülmüşdü. Atamın səsi məni fikirimdən ayırdı.
Lena yemək hazırdı ye, sonra mağazaya get mənim biraz işlərim var.
Başımla yaxşı işarəsi ilə anladığımı bildirirəm. Pəncərəyə yaxınlaşıram hava çox tutqundu, bütün gecəni fasiləsiz yağan yağış yerini, soyuq xəfif küləklə əvəz etmişdi. Bu sabahkı gördüyüm yuxunun təsirindən, çıxmamışdım. Mətbəxə keçib stula əyləşirəm və dərhal yemək yemək, fikirindən daşınıram. İşhatam isə demək olar ki, yox idi. Rəfiqəmin doğum günü üçün hədiyyə almalı idim. Onlar bizim mənzilin alt mənzilində, qalırlar, artıq iki ilə yaxın vaxt olardı bir-birimizi tanıyırdıq. Evdən çıxıb getməliyəm, saat on bir olacaqdı. Əynimi geyinib həyətə düşürəm sakitçilikdir, qara rəngli avtomobil yoxdur. O sadəcə bir yuxu imiş. Havada nəm torpağın qoxusu var adətən, yağış yağandan sonra belə qoxu yaranır. Mən magistral avtomobil yolunu keçməyə hazırlaşıram və qırmızı işığın yanmasını gözləyirəm. Yolu keçirəm nəhayət, sıra ilə düzülmüş mağazalar arasında "Shopping mall" ın filialını axtarıram. Deyəsən, tapdım buradır qapını açıb içəri keçirəm. Müxtəlif zövqdə geyimlər, şlyapalar, ayaqqabılar vardı. Rəfiqəm aygünlə bədənlərimiz, haradasa eyni ölçüdədir. Ona hədiyyə edəcəyim geyimi, öz üzərimdə yozlamağa dəyərdi. Nəhayət, istədiyim geyimi tapıram. Geyinib baxdıqdan, sonra kassaya yaxınlaşıram pulu ödəyib mağazadan çıxıram. İndi geriyə tək bir şey, qalırdı evə tez çatıb ad gününə hazırlaşmaq. Yol uzunu çox yorulmuşdum, evin qapısını örtdükdən sonra içəri otaqdan tanımadığım, bir şəxsin səsini eşidirəm. O isə, artıq getməyə hazırlaşırdı məni görüb atama yaxın dost sayağı, soruşur qızımız neçənciyə gedir? Buna oxşar bir çox, sual əlini uzadaraq salamlaşır tanıdığına şad olduğunu, bildirir. Onun arxasınca, baxıram orta yaşlı saçları azacıq ağarmış boydan isə biraz uzun kişi idi. İçəriyə keçib divanda əyləşdikdən, sonra stolda iki çay fincanından əlavə sənədlər də vardı. Cəld yerimdən qalıxıb orada nə yazıldığını oxumağa çalışıram...

Müəllif: Ali Məmmədli ( Mən )

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
578 547 602 572 590 523

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.