İradəni birinci edib, Brilyantı bəyənmədi - Elnarə "Hit parad"da

“ATV Maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının budəfəki qonağı müğənni Elnarə Xəlilova olub.
Loading.Az axsam.az-a istinadən xəbər verir ki, müğənni 10-cu pillədə Dilarə Kazımovanı görüb. Elnarə “Hit parad”ın qalibi isə İradə İbrahimovanı elan edib: “Mənim üçün hər zaman nömrə bir İradə İbrahimovadır”.
Günayı 9-cu, Natavanı 8-ci yerə layiq görən Xəlilova ardıcıllığı belə sıralayıb:
7-ci – Sevda Yahyayeva
6-cı – Samir Piriyev
5-ci – Zamiq
4-cü – Tünzalə Ağayeva
3-cü - Samir Cavadzadə
2-ci – Səbinə Babayeva.
Elnarə “Hit parad”dan xalq artisti Brilyant Dadaşovanı uzaqlaşıdrıb. O, “Sənsizliyim var” mahnısını bəyənmədiyini deyib:
“İnsanın kimliyi, şəxsiyyəti müzakirə olunmur. Söhbət mahnıdan gedir. Zövqümcə deyil”.






