Paşinyan qərar verdi - Sabah Azərbaycana gəlir


Ermənistanın yeni baş naziri Nikol Paşinyan sabah Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edəcək.
Loading.Az modern.az-a istinadən xəbər verir ki, o Şuşanın işğalının 26-cı ilini qeyd etmək üçün bölgəyə səfər edəcək. Bundan başqa, yeni baş nazir işğal altındakı bölgədə yerləşən hərbi hissələrdə də olacaq.







