Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 15-Daniel bu sənsənmi?

Səbinə: Mən yenidən Səbinə olmuşdum. Danielin qarşısında köməksiz, çılpaq qaldığım zaman yənə qəhrəmanıma sığınmışdım. Edyala bürüyərək başımda gözləmişdi. O gecəni sakit keçirməyi bacarmışdım sayəsində. Səhərə qədər yuxusuz dayanmışdı başımda Daniel. Heç nədən xəbərim belə yox idi. Anlamırdım ki həm vampir həm ca avar necə olmuşdum. Təkcə ogün bir daha Danielin sevgisinin necə güclü olduğuna şahid olmuşdum. Düşündükcə onun qarşısında tamamilə necə çılpaq qala bilmişdim utanc hissi bütün qəlbimə hakim kəsilirdi. Bəs yaxşı Daniel nə etmişdi ağlından nələr keçirmişdi mən buna əmin olmuşdum artıq o yalnız dolabımdan geyimlər seçərək geyindirmiş yeməyimi hazır edib qarşıma qoymuşdu. Sevgimiz o qədər möhtəşəm görünməsinə baxmayaraq acı həqiqət də var idi. Mən melez idim. Bir melezin doğulması vampirlərin sonun gəlməsi idi. Axı əvvəldən mən bunu istəyirdim. Yırtıcı deyildimi Daniel? Ya da özüm yırtıcı idim deyə artıqDanieli bu qədər mükəməlləşdirmişdim. Amma Danieldən nə qədər soruşsam da heç nə demirdi. Mənə klinikadan qan getirəcəyini deyib alnım bir busə qondurub getmişdi. Deyirlərdodaqdan öpülən deyildə alından öpülən öpüş bir kişinin sənə verdiyiyüksək dəyərin göstəricisidi. Bilmirəm mən o an heç bu barədə düşünməmişdim amma ayrıldıqdan sonra hər anımız mənim üçün dəyərli olmuşdu. Xatırlayıb xatırlayıb xəyallara dalırdım.
Daniel evdən çıxmışdı əslində onu ötürməyə belə halım yox idi. Ona görə yerimdən qalxmamışdım. Amma bir neçə dəqiqə sonra qapının döyülməsi məni çaşdırdı. Danielin yenidən geri qayıtdığını düşünüb qapını açmışdım. Amma yanılmışdım.
Bu gəlinlik mağazasındakı həmin qarı idi. Həmin qarı ki hər şeyin başlama səbəbi. Qapını açdığım zaman üzümdə böyük heyrət vardı. Nə etməli olduğumu belə unutmuşkən qarı dedi.
Qarı: qızım icaze ver içəri girim sənlə danışmalıyıq.
Qapının ağzından çəkilsəmdə yenə həmin ifadə ilə qalaraq ona oturmaq üçün yer göstərdim. Sonra isə artıq qarı danışmağa başladı
Qarı: uzun zamandı görüşmürük.
Səbinə: siz yenə nə istəyirsiz?
Qarı mülayim sifət almışdı bu dəfə: öz vəzifəmi sənə tapşırmağa neçə yüz ildi ki, uyuya bilmirəm. Amma artıq bir melez doğulub və mən rahatca ölə bilərəm.
Səbinə(mən) yenə heçnə anlamamışdım :axı. Melez nədi o kimdi axı
Qarı cavablamışdı: melez canavar vampirdi o vampirlərin sonunu getirir və bu onun vəzifəsidi o gəlinliyini geyinib vampirlərin nəslini kəsməlidi mən işimi tamamlamışdım amma bir nəfər qanları toplayıb xəstəxanada çoxlu sınaqlar keçirdi. Ölü vampirlərdən yeni vampir nəsillərini yaratdı. Ona bütün vampirlər itaət edir.
Mən isə ilk əvvəl Danielidüşünüb cavab vermişdim:Mən bunu etməyəcəm.
Murad: yorğun görünürsən havaya da baxıram qaranlıq olub ən yaxşısı xəstəxanaya qayıdaq narahat olma qollarını bağlamayacam.
Səbinə sakit bir tonda yaxşı deyərək razılığını bildirmişdi. Xəstəxanaya yol almışdılar bütün yol boyu evdəki səbinənin danışıqlarından sonra artıq sakitlik çökmüşdü. Murad maşını sürür Səbinə isə getdikləri yola baxaraq düşüncələrə dalırdı. Bir saat belə sakitliklə keçərkən artıq onlar xəstəxanaya çatmışdılar.
Səbinə yenidən öz otağına getmişdi. Yorğunluqdan yerinə girən kimi yuxlamışdı üstü belə açıq qalmışdı.
Gecə saat üç olardı. Qaranlıqdan heç nə görmək olmurdu. Səbinənin yanına bir nəfər gələrək saçını oxşayır, üstünü örtmüşdü. Alnına öz dodaqlarını toxundurmaq istəyən zaman Səbinənin tərpəndiyini görüb həyəcanlanaraq tez qapıya yaxınlaşdı və qapını örtüb çıxdı. Bu an Səbinə gözlərini açdı. Bir an qorxsa da yenə düşündü ki bəlkə də həmişəki kimi yuxu idi. Artıq doğrular belə xəyal kimi gəlirdi ona. Yerinə uzanıb yatdı.
Səhər xəstəxanada böyük bir hay küy vardı. Xəstəxana özəl idi və bu xəstəxananın sahibi Zeynəb xanım Murada aşiq idi. Muradın ona üz verməməsi Səbinəyə qayğısı onu dəli edirdi. Son xəbərlər bütün xəstəxanaya yayılmışdı hamıMuradın Səbinəyə aşiq olmasını danışırdı. Dünən Səbinə ilə Muradın xəstəxanadan çıxmağı isə ağızdan ağıza şişirdilmişdi. Zeynəbə çatanda isə artıq iki sevgilinin yeməyə getdikləri gecəyə qədər də birlikdə olduqları deyilmişdi. Zeynəb isə ilk iş Muradın üstünə düşərək onu sorğu suala çəkmişdi.
Zeynəb Muradı kabinetinə çağırıb esəblə : Xoş gəldiniz Murad bəy dəyərli vaxtınızı alıram daha bağışlayın xəstənizlə yoxsa sevgiliniz deməliydim Səbinə xanımla bəlkə harasa çıxacaqdınız?
Murad eşitdiyi sözlərdən əsəbləşib ayağa durdu: sən yenə nə danışırsan bu qısqanclığına görə ağlına gələni danışa bilməzsən.
Zeynəb onun qarşısına keçib : səni o qızı sevirsən ona çox qayğı göstərirsən dəli olduğunu onsuzda bilirsən.
Murad qapıya tərəf gedərək : bəsdi mən o qızı sevmirəm. Həm sənlə dostuq sevsəm belə bunun sənə dəxli yoxdu.
Zeynəb isə tez onun qarşısını kəsib : sevmirsən hə onda bütün xəstəxana niyə sizin sevgi məcaranızdan danışır.
Murad : mənimlə gəl deyərək Zeynəbin qolundan bərk yapışaraq onu arxasınca aparır.
Zeynəb yaxşı bir şey olacağını gözləyərmiş kimi bic bic gülür.
Onlar Səbinənin otağının qarşısında durur və Murad Səbinəni də otağında çıxarır və bütün xəstəxana heyətini də çağırır. Burda nə baş verdiyini Səbinə hələ də anlamırdı.
Səbinə Muradın qulağına: həkim nə baş verir.
Murad isə bərkdən qışqıraraq qoy hamı gəlsin hər şeyi biləcəksən.
Murad: haminiz gəldiz mi qalan oldu eybi yox siz yaxşı dedi qodu edirsiz axı gedib çatdırarsınız. Səbinəyə qarşı duyğum var bu duyğu nədi bilirsiniz insanlıq duyğusu. Yardıma ehtiyacı olduğunu görürəm dəli olmadığını görürəm və kömək edirəm. O dəli deyil sadecə psixi cəhətdən sarsıntılar keçirir. Zamanla bunun düzələcəyini düzələr. Bunu tək mən eləmirəm ki diş həkimi öz pasientinim dişinin ağrıdığını görüb yalnız dişinin sağlam olmadığını gördükdə onu müalicə edir. Çekib atmır. Yaxud başqa həkim bədənimizin hər hansı bir yerin əməliyyat eləmir ki o dəqiqə müalicə ilə sağala bilərsə kömək edə bilərsə müalcə edir. Deməli o xəstəsinə aşiqdi bu o deməkdi.
Hər kəs başını aşağı əyir.
Murad: niyə başınızı aşağı əyirsiniz mən Səbinəyə kömək etmək istəyirəm deməli mən onu sevirəm.
Murad qışqıraraq ətrafına dönür: cavab vermərsiz əlbəttə mən həkiməmsə öz borcumu yerinə yetirərəm. Birdə ağzınəza gələni danışmıyın.
Zeynəb isə : hərə öz işinə deyərək gülüb gedir.
Murad: Səbinəyə dönüb deyir bağışla səni də bu işə alət etdim
Səbinə: əslində yaxşı oldu mənə də artıq əskik şeylər gəlib çatmışdı.
Murad: Səbinə bu gün sənin köməyinə ehtiyacım var əslində.
Səbinə: sizə kömək edə biləcəmsə məmnun olaram.
Murad: sən danışırsan amma o sənə məktub yazan xəstə heç danışmır. Bu gün sən həkim olmağa nə deyirsən. Ona kömək etməyə.
Səbinə: niyə məhz mən.
Murad : çünki o heç vaxt otağından çıxmırdı. Amma ilk dəfə sənə görə otağından çıxdı. Sənə məktub yazdı. Səndən xoşu gəlir bəlkə.
Səbinə: mən də onun kimliyini bilmək istəyirəm.
Murad Səbinə ilə birgə xəstənin otağına gəldi. Otağa gələnəcən üzündəki gülüş xəstəni gördüyü zaman yoxa çıxdı.
Zərif dodaqlarından bir kəlimə süzülərkən gözündən yaşlar axmağa başladı.
Səbinə qarşısında ruh görmüş kimi: Daniel söylədi yalnız. Amma görəsən bu həqiqətən onun Danieli idimi yoxsa tamam yad kişimiydi ona.






