Salam sevgili.
Salam sevgili. Əskik bir şey var burda. Yarım qalmış, yarımçıq qalmış. Tamamlanmaq istəməyən biri var. Gözlərini deyirəm sevgili. Nə gözəl gülərdi gözlərin. Etiraf edim ki, gülüşündə zərrə qədər gözəllik yoxdu. Ancaq gözlərin güləndə ürəyimdən bir şey düşərdi. Gülüşlərin gözlərinin gözəlliyini ortaya çıxarırdı. Gözlərinsə gülüşlərinin gözəlliyini... Ölərdim gözlərinin gülməsinə. Əsl gülüş gözlərinin içinin gülməsi idi. Sevərdim mən. Bildirməzdim nə çox sevdiyimi ama sevərdim. İndi dağılmışam. Mən nə zaman mavi rəngi sevdim bilirsən? Gözlərinə çəkdiyin mavi tenlə. Hər dəfə deyərdim o teni çək. Sən də çəkərdin. Gözlərinin gözəlliyini göstərərdi. Çox sevərdim gözlərini. Böyük gözlərin vardı. Dolu dolu baxardın, yağardın mənə. Mən makyaj sevməzdim sən də sevməzdin. Sənin makyajın sadəcə mavi tendi… Pomdasız, pudrasız… Çox danışan biri deyildin. Çox danışan biri deyildim. Bəzən danışmaq söz israfıdır, sevgili…







