Esmeralda

Esmeralda Texnologiya 26-09-2018, 09:15

Süni intellektli ilk prosessor yaradılıb

Süni intellektli ilk prosessor yaradılıb


Çinin "Xiaomi" şirkətinin dəstəklədiyi "Huami" brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan "Huangshan No. 1" (MHS001) prosessorunu təqdim edib.

Loading.az ICTnews-a istinadən bildirir ki, çip süni intellekt vasitələrinə malik ilk məhsul hesab edilir. Söhbət inteqrasiya edilmiş neyron şəbəkəsindən gedir.

Bildirilir ki, prosessor 4 süni intellekt proqramına malikdir. Onlar ürək ritminin analizi, elektrokardioqram çəkilişi və s. kimi funksiyalara görə məsuliyyət daşıyırlar.

Yeni çip "RISC-V" arxitekturasından istifadə edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, prosessor az enerji sərf edir ki, bu da daşınan qurğuların avtonom iş vaxtını artırmağa imkan verəcək.

"Huangshan No. 1" (MHS001) platformalı qurğular real vaxt rejimində çoxlu əməliyyat yerinə yetirə biləcəklər. Məsələn, istifadəçinin hərəkətlərinin izlənməsi, biometrik identifikasiya, müxtəlif bildirişlərin göstərilməsi və s.

Yeni çiplə təchiz edilən ilk daşınan qurğuların 2019-cu ildə işıq üzü görəcəyi gözlənilir. Belə qurğuların nümayişi isə növbəti ilin birinci-ikinci rübünə planlaşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
496 545 469 569 552 472

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.