♔Kraliça♔

♔Kraliça♔ Mətbəx 16-06-2016, 17:30

Toyuqlu və pendirli Kesadil

Toyuqlu və pendirli Kesadil

Toyuqlu və pendirli Kesadil

Ərzaqlar:

Soğan – 1 baş
Döş əti – 1 ədəd
Çedder pendiri – 50 qr.
Tortilla – 2 ədəd
Tomat pastası – 100 qr.
Zeytun yağı – 4 x.q.

Hazırlanması:
Baş soğanı xırda-xırda doğrayırsınız, qızılı rəng olana kimi tavada qovurursunuz. Sonra bir qaba tökürsünüz.
Toyuğun döş ətini uzun-uzun doğrayıb, zeytun yağında qızardırsınız. Üzərinə tomat pastası, duz-istiot əlavə edib, qarışdırırsınız. Bir qədər sonra oddan götürürsünüz.
Pendiri sürtgəcin iri gözündən keçirirsiniz. Çedder tapa bilməsəniz, parmezan, qauda və digər bərk pendirlərdən istifadə edə bilərsiniz.
Tortillanın birini quru, amma qaynar tavanın içinə salırsınız. Üzərinə pendir səprisiniz. Sonra qaşıqla içlikdən (toyuqdan soğan) tökürsünüz, yayırsınız. Daha sonra bir daha pendir səpirsiniz. Və sonda tortillanın 2-cisini də üzərinə qoyursunuz.
2-3 dəqiqə bir üzü qızarandan sonra ehtiyatla çevirib, digər üzünü də qızardırsınız. Kesadili 4 yerə bölürsünüz. İsti-isti yeyirsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
644 609 583 600 538 558

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.