Esmeralda

Esmeralda Texnologiya 5-02-2019, 13:58

Xiaomi Redmi Go buraxıldı

Xiaomi Redmi Go buraxıldı
Çinin "Xiaomi" şirkəti başlanğıc səviyyəli qurğular üçün optimallaşdırılan "Android Go" platforması əsasında ilk smartfon təqdim edib. "Redmi Go" adlı modelin fevralda Avropa və Filippində satışa çıxarılması nəzərdə tutulur.

Loading.az ICTnews-a istinadən bildirir ki, smartfon HD (1280 x 720 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş, 128 giqabayt tutumlu "microSD" formatlı yaddaş kartları üçün çıxışla təchiz edilib.

Qurğunun aparat əsasını dördnüvəli "Qualcomm Snapdragon 425" prosessoru təşkil edir. Akkumulyator tutumu 3 min milliamper/saata bərabər smartfon "Android 8.1 Oreo Go Edition" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

"Xiaomi Redmi Go" smartfonunun Avropada təxmini qiyməti 80 avro təşkil edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 481 595 489 545 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.