HASANLY

HASANLY Xəbərlər 10-06-2019, 16:42

Azərbaycanda motosiklet qəzası

Azərbaycanda motosiklet qəzası
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün gecə saatlarında rayonun 3-cü Tala kəndi ərazisində baş verib.

Rayonun Fındıqlı kənd sakini, 30 yaşlı Qurban Xəlilov idarə etdiyi qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək motosikleti yolun kənarındakı ağaca vurub. Qəza nəticəsində Qurban Xəlilov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Motosikletdə olan sərnişin,onun həmkəndlisi 31 yaşlı Xəyal Zurabov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

mənbə: oxu.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 472 434 341 404 380

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.