Nurməhəmmədov növbəti qələbəsini qazandı
Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov(70.3 kq) amerikalı Dastin Porye ilə rinqə çıxıb.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində baş tutan döyüşdə rusiyalı idmançı 3-cü raundda rəqibinə qalib gələrək məğlubedilməzliyini qoruyub. Peşəkar rinqdə 28-ci qələbəsini rəsmiləşdirən Nurməhəmmədov çempion kəmərini də özündə saxlayıb.







