Aylığı 24 minə ev kirayələyib
Aleyna Tilki yeni albomu üçün getdiyi Amerikada 14 min dollara (24 min manat – təxminən) ev kirayələyib.
Loading.az xəbər verir ki, Hollivud Hills adlı əraziyə köçən gənc müğənninin qonşuları arasında Ben Aflek, Şeron Ston, Kevin Kostner kimi dünyaca məşhur insanlar var.
İfaçının qaldığı evin dizaynını dəyişdirəcəyi bildirilir.







