HASANLY

HASANLY Xəbərlər 14-12-2019, 17:12

“Qarabağın Azərbaycana qaytarılması...” - İrəvandan növbəti həyasızlıq

“Qarabağın Azərbaycana qaytarılması...” - İrəvandan növbəti həyasızlıq
"Ermənistan və Azərbaycan hazırda heç bir sənəd müzakirə etmir".
Loading.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib.
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə gəldikdə, Nağdalyan ölkəsinin işğalçı mövqeyindən geri çəkilməyəcəyini bir daha təkrarlayıb:
"Qarabağ münaqişəsinin nizamlanmasında əsas prinsipimiz Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmasıdır. Öz müqəddəratını təyinetmə hüququ məhdudlaşdırılmadan həyata keçirilməlidir. Bu o deməkdir ki, Qarabağ xalqı öz statusunu Azərbaycanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü xaricində saxlamaq və həll etmək hüququna malikdir.
Bu hüququn həyata keçirilməsini təmin etməyən bütün təkliflər Ermənistan üçün qəbul edilə bilməz".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
359 332 316 317 364 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.