Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 14-12-2019, 21:47

Kişinin əlinə ayaq baş barmağını tikdilər — FOTO

Kişinin əlinə ayaq baş barmağını tikdilər — FOTO
ABŞ-da, Miçiqan ştatında gənc oğlan qarajda iş görərkən alətlə əl baş barmağını kəsir. O, hətta əl barmağının necə üzülüb kənara uçduğunu görsə də, onun taxta qırığı olduğunu düşünür.

LOADING.AZ medicina.az-a istinadən bildirir ki, Eyden adlı gənci dərhal xəstəxanaya çatdırırlar. Lakin cərrahlar bildirir ki, əgər 3 saat ərzində qopub kənara düşmüş barmaq tapılıb tikilməsə, Eyden barmaqsız qalacaq.

Bütün ailə və dostları barmağı axtarsa da tapa bilmirlər. Nəticədə həmin hissə sadəcə tikilir.

Eyden əlini barmaqsız təsəvvür etmir, bu onun işinə də xələl gətirirdi və gənc dərin depressiyaya düşmüşdü.
Bunu görən həkimlər ona ayaq barmağını həmin yerə tikməyi təklif edir və o razılaşır.

Qəzadan 5 ay sonra yeni əməliyyatla Eydenin sol ayağındakı baş barmağı götürülərək əlinə köçürülür. Əməliyyat uğurlu alınıb və barmaq normal açılıb yığılır.

Kişinin əlinə ayaq baş barmağını tikdilər — FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 389 354 356 326 318

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.