Makoley Kalkin "Evdə tək" filmi üslubunda oğrulara TƏLƏ QURDU - VİDEO

"Evdə tək" filmiylə məşhurlaşan amerikalı aktyor Makoley Kalkin NASA mühəndisi Mark Rober ilə birlikdə "Evdə tək" filmi üslubunda tələ yaradıblar. 

Makoley Kalkin "Evdə tək" filmi üslubunda oğrulara TƏLƏ QURDU - VİDEO

LOADING.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, "prank"ın videosu bloggerin "YouTube" kanalında yayımlanıb.

Roberin sözlərinə əsasən, belə bir qurğu yaratmaq ideyası naməlum qadın onun eyvanından bağlama oğurladıqdan sonra yaranıb. Kalkin ilə birlikdə hazırladıqları cihaz bahalı qulaqlıq qutusunun içində gizlədilir. Qutu açıldıqda oradan zər ətrafa səpələnir və xoşagələz qoxu buraxan sprey işə düşür. Bağlamaya həmçinin müşahidə kamerası quraşdırılır.


Aktyor və mühəndis bu qurğuyla oğrulara dərs vermək istəyib.

Sonda Rober qeyd edir ki, o, qutunu "səhvən" öz poçt qutusunda tapıb üzərindəki adresə çatdıranlara düzgünlüklərinə görə 40 dollar mükafat verib. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
254 277 235 262 303 215

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.