Kənan Doğuludan Beren Saata möhtəşəm sürprizi - VİDEO

“Netflix”in ikinci orijinal türk serialı olan, baş rollarda Beren Saat və Mehmet Günsürün yer aldığı "Atiye" serialının qala gecəsində maraqlı hadisə baş verib.

LOADİNG.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, serialın təqdimatına ulduz axını olub. Gecənin sürpriz qonağı xüsusi çıxışı ilə Kenan Doğulu olub. 

Doğulu “Susma” mahnısını 20 orkestr və onu müşayiət edən yerli türk alətlərindən ibarət komandası ilə bu gecə üçün xüsusi bir şou ilə ifa edib.

Maraqlısı odur ki, həyat yoldaşı Beren Saatla şəxsi münasibətində soyuqluq yaşayan Kenan Doğulu mahnını söyləyərkən həyat yoldaşı ilə baxışması gecəyə damğa vurub. Diqqət çəkən digər məsələ isə Berenin heyranlıqla Kenanı seyr etməsi olub. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
268 199 218 213 250 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.