amon

amon İdman 23-06-2020, 14:29

Nurməhəmmədov neçə il döyüşə bilər?

Nurməhəmmədov neçə il döyüşə bilər?
UFC-nin yüngül çəki dərəcəsində çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov daha 6-7 il döyüşə bilər.

BiG.AZ-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə onun amerikalı məşqçisi Xavyer Mendes danışıb.

Mendes qeyd edib ki, 31 yaşlı Nurməhəmmədovun karyerasını davam etdirməsi yalnız onun öz istəyindən asılıdır, bu proqnoz isə idmançının fiziki vəziyyəti və bacarıqlarına əsasən edilən qiymətləndirmədir.

Payızda amerikalı Castin Qetji ilə döyüşü gözlənilən Həbibin karyerası 28 qələbədən ibarətdir. Onun hesabında məğlubiyyət yoxdur. 2018-ci ilin payızında irlandiyalı Konor Makqreqor üzərində çaldığı qələbə idmançının ən səs-küylü döyüşlərdindən biri olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
413 423 419 431 418 396

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.