HASANLY

HASANLY Xəbərlər 17-09-2020, 14:41

Yük maşını insanların üstünə aşdı

Yük maşını insanların üstünə aşdı
Çinin Henan əyalətində çınqıl daşıyan yük maşını bir qrup insanın üstünə aşıb.

TASS xəbər verir ki, hadisə nəticəsində səkkiz nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisə Sinyan şəhərində baş verib. Qəzadan bir neçə saat əvvəl sarımsaq daşıyan yük maşını həmin ərazidən keçən zaman sarımsaqların bəzisi yola tökülüb.

Bu zaman yerli sakinlər sarımsaqları yığmaq və yolu təmizləmək üçün ora toplaşıblar. Həmin insanlar çınqıl daşıyan maşının altında qalıblar.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 415 414 354 385 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.