İlk tibbi yardım (Dəm qazı ilə zəhərlənmə)
Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!
***
1. Zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);
2.əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;
3.Ona yarıoturaq vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);
4.Zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;
5.əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (“Ürəyin xarici masajı” və “Süni tənəffüs”).






