Gulusum

Gulusum İdman 11-11-2020, 14:45

Sloveniyalı futbolçu: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"

Sloveniyalı futbolçu: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"
"Uzun müddətdən sonra yenidən milli komandada olmaq çox xoşdur. Üç qarşılaşma olacaq və bu gün onlardan ilkini gerçəkləşdirəcəyik".

LoaDinG.az "Snportal.si" saytına istinadən xəbər verir ki, bu fikirləri Sloveniya yığmasının futbolçusu Tim Matavj bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl deyib.

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" klubunda çıxış edən 31 yaşlı hücumçu qarşıdakı matçlara yaxşı hazırlaşdıqlarını bildirib.

Matavj Azərbaycanla görüşdə qələbə qazanmaq istədiklərini söyləyib. "Yaxşı formadayam, oynayır, qol vururam. Fürsət verilsə, istifadə etmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, bu gün Lyublyana şəhərindəki “Stojitse” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 431 368 361 342 441

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.