amon

amon İdman 17-12-2020, 00:35

Güləşçimiz bürünc medal qazandı - Dünya Kuboku

Güləşçimiz bürünc medal qazandı - Dünya Kuboku
Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bürünc medal qazanıb.

Loading.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı medal görüşündə türkiyəli Aslı Demirhana qalib gəlib - 4:0.

Digər sərbəst güləşçi Alyona Kolesnik (57 kq) isə rusiyalı Veronika Çumikovaya uduzaraq, bürünc medal şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 507 525 508 497 519

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.