ParadiseSark

ParadiseSark Hekayələr 2-01-2021, 22:15

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 5

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 5

Bölüm 5.......
Belimə dolanan qolların istiliyini indi hiss edirdim. Özümə gəlib ondan ayrıldım: Mən çox qorxdum, çox qorxdum. Yaralanmısan?
Kənan heç nə olmamış kimi qolunu göstərdi. Bıçaq paltosunu dəlib qolunu yaralamışdı..
- Mən yaxınlıqda yaşayıram. Mənimlə gedək.
Cavab verməsini gözləmədən əlindən tutub evə doğru yol aldım.. Yol boyunca o susqunluğunu saxlamağa çalışsa da mən suallarımla sakitliyi pozurdum.
Mən: Sən burada yaşayırsan?
Kənan: Burada yaşamıram. Görünür burada olmasam yerimə səni əzişdirəcəkdilər.
Kinayə ilə dediyi sözləri anlamışdım. Mənim axşam küçədə olmağım ona xoş gəlməmişdi. Səbəbsiz şəkildə açıqlama vermək istədim.
Mən: Saranın atası qəzaya düşüb. Onunla bərabər getmişdim vağzala. Ancaq bir bilet qalmışdı. Mən geri qayıtmalı oldum. Maraqlıdır sənin burada nə işin vardı?
Kənan dərin nəfəs alaraq: "Sevdiyim qız.. burada yaşayırdı", dedi.
Həmin an ürəyimdə yaranan sızıltı ilə "ah" çəkdim.Deməli, doğru idi danışılanlar... Sevgi belə olurdu,görəsən? Bilə-bilə ki, sevdiyi evlidir niyə gəlir onun əvvəllər yaşadığı yerə? Axı daha orada deyil... Bəlkə də xatirələrlə ovudur özünü..
Evin yanına çatanda Kənan dedi: Mən yaxşıyam. Evimə qayıdıram. Səni bura qədər tək qoymadım..
Bu halda o qədər yolu gəlmişkən geri qayıtmasını istəmirdim ...
Yuxudan oyananda gecəyarı idi. Saat 3:30-u göstərirdi. Bu gecə öz yatağımı Kənana vermişdim. Onu qayıtmamağa razı salmışdım. Niyə bu qədər təkid etdiyimin səbəbini bilmirdim. Sanki, yanımda qalsa yaxşı olacaqdı. Onunla danışdıqca anlayırdım ki, soyuq biri deyil. Yarası çox dərin olmasa da qolunu sarımışdım..
Çarpayıdan qalxıb yan otağa keçdim.
İrəli addımlayıb yorğanı üstünə çəkdim. Qaşlarını çatmışdı,yatanda da əsəbi görünürdü. Sanki,25 yox 40 yaşlı adam idi. Bir həftə sonra Azadın ad günü olacaqdı. Onun üçün aldığım köynəklərdən birini çarpayının yan tərəfinə qoydum. Öz köynəyini bıçaq yararsız hala salmışdı. Paltosunu götürüb otağıma keçdim. Bıçaq dələn yerə incə tikiş atdım..Otağa qayıdıb paltosunu da çarpayının yanına qoydum. Kənan Yuxuda sayıqlayırdı. Nə dediyini anlamaq üçün ona yaxınlaşdım. -"Leyla..Leyla..Getmə,,Leyla".
Leyla sevdiyi qız idi. Ağlıma ilk bu fikir gəlmişdi.Həmin an ürəyim bilmədiyim səbəbdən sızıldamışdı. Kənanın düşdüyü vəziyyətə görə pis olmuşdum bəlkə də. Əllərimi saçlarına apardım. Barmaqlarımı saçları arasında gəzdirdim. Sakitləşmişdi. Daha çox onun yanında qala bilməzdim. Ayağa qalxanda biləyimdən tutan əl məni özünə çəkdi. Kənanın ani hərəkəti ilə özümü onun qolları arasında tapdım.
-Leyla,səni buraxmaram.Mənimsən. Mənə aidsən.
Eşitdiyim sözlər ürəyimi yerindən çıxaracaqdı. Dərindən nəfəs alırdım. Məni Leyla bilirdi. İsti nəfəsini boynumda hiss elədim.
-Səni istəyirəm.
Həzz alaraq dediyi bu sözlə gözlərim böyüdü. Gecənin səssizliyini qışqıraraq poza bilməzdim. Sonra qonşuların dilindən düşmək mümkünsüz olacaqdı. Əllərimi Kənanın sinəsinə qoyub onu geri itələməyə çalışdım: Kənan,burax. Leyla deyiləm mən. Nazlıyam. Burax.
Boğazıma yığılmış qəhər məni boğurdu. Kənan məni eşitmək istəmirdi.. Ani hərəkətlə gecə köynəyimi çıxardıb boğazımdan öpməyə başladı. Nəfəs-nəfəsə qalmışdıq. Məni incidirdi, nə qədər qarşı qoysam da qollarım taqətdən düşmüşdü. Çarəsiz vəziyyətdə sinəsini yumruqladım. Biləklərimi ovucları arasında birləşdirib başımın üstündə saxladı.Taleyim Kənanın güclü qollarına məhkum olmuşdu. İsti göz yaşlarım yanağımda buza dönmüşdü. Nəfəsim daralırdı, hiss edirdim ki ruhum olduğum mühitdən uzaqlaşır. İndi tək istədiyim bu idi: Yaşananları unutmaq və ölmək.

5-ci bölüm sonu.

Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 443 445 416 426 461

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.