ÊLfidÂ

ÊLfid İslam Dini 4-01-2021, 21:17

Hz.Məhəmməd'in Əbu Eyyub'un evinde qalması

Hz.Məhəmməd'in Əbu Eyyub'un evinde qalması
Mihmandar-ı Fəxr-i Aləm Əbu Eyyub əl-Ənsari Həzrətləri deyir ki:

"Rəsulallah, evimə şərəf verdiyi zaman, alt qata enmişdi. Mən və xanımım Ümmü Eyyub isə, yuxarı qatta qalırdıq.
'Anam atam, sənə fəda olsun ya Rəsulallah! Mən, mənim yuxarıda olmağımı, sənin isə alt qatda olmağını xoş görmürəm. Bu vəziyyət mənə çox ağır gəlir. Sən yuxarı çıx, orada qal. Bizdə aşağı düşək, orada oturaq' dedim.
'Rəsulullah, 'Ya Eba Eyyub! Evin alt qatında olmağımız bizə daha uyğun və münasibdir.' dedi və aşağı qatda oturdu. Bizdə məcbur yuxarı qalxdıq. O sırada, içində su olan qabımız qırıldı. Rəsulallahın üzərinə damlayıb onu rahatsız etməsin deyə xanımımla tək örtünəcəyimiz yorğanımızı suyun üzərinə basdırdıq."


Rəsul-i Kibriya Əfəndimiz, çox ziyarətçi gələcəyi və onlarla rahat görüşüb danışabilmə düşüncəsiylə alt qatda qalmağı münasib görmüşdü. Ancaq böyük iman sahibi Hz.Əbu Eyyub və xanımının könlü heç cürə rahatlaşmırdı. Hz.Əbu Eyyub, bir gecə oyandı və bu hissin təsiriylə nə etdisə yata bilmədi. Sabah olduqda, olanları Hz.Məhəmmədə (s.a.s.) danışdı. Peyğəmbər (s.a.s.) isə yenə "Aşağısı mənə daha uyğundu" dedi. Ancaq böyük səhabə buna daha çox dözə bilmədi və "Ya Nəbiyyallah! Mən yuxarda, siz aşağıda olmaz!" dedi. Bunun üzərinə Rəsul-i Kibriya Əfəndimiz üst qata, Əbu Eyyub və xanımı Ümmü Eyyub isə alt qata daşındılar. Hz.Məhəmməd bu evdə tam yeddi ay qalmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
927 804 780 761 799 797

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.