HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 19.
19-cu bölüm..
----------
İşlərimizi bitirəndən sonra Kərim axşam yeməyinə qalmağım üçün təkid etdi. Aşağı enəndə Nərgiz xala süfrəni hazırlamışdı. Yeməyə qalmasam kobudluq etmiş olardım. Ona görə Kərimlə razılaşdım.. Hava qaralmışdı. Dadlı yeməklərinə görə Nərgiz xalaya təşəkkür etdim. Kərim təkidlə məni saxladı: "Bax bu yeni filmi izləməliyik. Möhtəşəmdir."
Aramızdakı bu doğmalıq necə yaranmışdı bilmirəm. Kərimə " Yox" deyə bilmədim.. Filmin sonlarına yaxın Kənan zəng elədi.
Telefonu açıb səsimi qısaraq "Alo" dedim.
Kənan: Haradasan?
Mən: Yaxşıyam. (öskürdüm)
Kənan: Kərimləsən hə?
Mən: Hə.
Kənan: Ünvanı de.
Mən: Özüm gələcəm.
Kənan: Sözümü təkrarlatma, Nazlı. Səni axşamacan orada saxlayan səbəb nədir?
Mən: Film izləyirik.
Kənan: Film hə? Dediyimi elə. Ünvanı at!
Telefonu söndürmüşdü. Qorxudan rəngim ağardı. Kərimlə onun arasında mübahisə yaranmasını istəmirdim.. Kənana ünvanı atdım. Film bitəndən sonra cəld ayağa qalxıb çantamı götürdüm. Əllərim əsirdi. Kərim narahatlığımı hiss edib soruşdu: " Bayaq zəng edən Kənan idi?"
Mən: Hə...Necə bildin?
Kərim: Qışqırırdı.. Telefondan eşidiləcək şəkildə səsini qaldırırsa qısqanıb səni. ( gülümsədi)
Mən: Yox. Sadəcə.. Sadəcə bu vaxta qədər burada qaldığım üçün hirslənib.
Kərim: O səni sevir, Nazlı..
Mən: Mən getməliyəm.
Kərim: Yaxşı. Bu gün üçün təşəkkür edirəm..
Qapının zəngi çalındı. Ürək döyüntülərim artmışdı. Düşündüm ki Kənan gəlib. Nərgiz xala qapını açdı. Orta yaşlarda bir qadın içəri daxil oldu. Şən səslə" Sürpriz " deyib güldü. Hər şey bir an içində oldu deyə harada olduğumu unutdum. Kərim "Ana? Nə gözəl sürprizdir. Səni gözləmirdim" deyib irəli getdi. Qadınla qucaqlaşdı. Daha sonra məni göstərib " Ana, tanış ol. Bu Nazlıdır. İlham pərim" deyərək gülümsədi.. Qadın məni də qucaqladı: "Mənim də adım Məryəmdir, qızım".
Kərim: Ana,bəs atam hanı?
Qadın başını qapıya tərəf yönəldib qışqırdı: " Fərhad? Yəqin ki küçədədir."
Mənim atamın da adı Fərhad idi. Anidən kədər bürümüşdü canımı. İstəmədən pis olmuşdum. Kərimə "Mən getməliyəm" deyib həyətə çıxdım. Kərimlə anası da mənlə birlikdə gəldi. Həyətin qapısı üzümə açılanda dayandım. Bu gözlər.. Bu sima..İllərin ağartdığı qara saçlar.. Qarşımda dayanan adam mənim atam idi. Üzümdəki çaşqınlığı görüb mənə baxdı..Məni tanımışdımı? Yerimdə donub qalmışdım. Gözlərim dolmuşdu..Arxada isə Kənan dayanmışdı. Qəzəbli baxışlarını mənə yönəltdiyini zənn elədim. Kənan "Fərhad, Bu Kərimin dostu Nazlıdır." deyən Məryəm xanıma doğru irəliləyib "Sən?" dedi.. Məryəm xanım nə olduğunu anlamayıb susaraq Kənana baxdı. Hamı təəccüb içində idi. Heç birimiz nə olduğunu anlamasaq da bu gecə hər kəsin yarası yenidən qanamışdı...
Kərim irəli keçib Kənanın qarşısında dayandı. Kənana nə isə demək istəyirdi ki, Kənan "Nazlı, gedirik!" deyib əlimdən tutaraq maşına doğru sürüklədi. Əlavə söz deməyə halım yox idi. Maşına əyləşdim. Özümü nə qədər saxlamağa çalışdımsa da dözə bilmədim. Göz yaşlarımı sərbəst buraxıb hönkürtü ilə ağladım. Kənan özündə deyildi. Mənim ağladığımı görüb maşını anidən saxladı..
- Nazlı? Özünə gəl. Nazlı, Nazlı?
Nəfəs ala bilmirdim. Kənan maşından enib qapını açdı. Məni aşağı endirdi. Ayaqda duracaq gücüm qalmamışdı. Kənana söykənib dərin nəfəs aldım.. Özümü toplayıb Kənandan ayrıldım. Maşına söykənib danışmağa başladım: "Mənə əsəbisən.. Kərimə görə.. Bilirəm."
Heç bilmirdim nə danışırdım. İfadəsiz şəkildə üzümə baxırdı... Pıçıltı ilə " O adam.. bir az əvvəl qarşımda dayanan adam mənim atamdır, Kənan" dedim.
Göz yaşlarım yanağım boyunca axın elədi. Kənanın qəhqəhə ilə gülməyi məni özümdən çıxardı. Əllərimi yumruq edib Kənanın sinəsinə vurdum: " Gülməldir? Əzab çəkirəm, sevinirsən?"
Kənan əllərini başının arxasında birləşdirib maşına təpik atdı: " Lənət olsun! Lənət olsun! Sən ağlayırsan bəs mən nə edim?? Sən əzab çəkdiyini göstərirsən ağlayaraq. Mən də ağlayım deyirsən?? O adam atan imiş? Məmnun oldum, Nazlı! O qadın da mənim Anamdır!"
Gözlərim böyüdü.. Beynim duman idi. Eşitdiyim sözü dərk etməyə çalışırdım.Bu necə ola bilərdi? Kərim, Mənim atam, Kənanın anası, Ülkər xalanın danışdıqları, Kərimin danışdıqları. Allahım, mən nələri yaşayırdım??
Kənan qollarımdan tutub sıxanda özümə gəldim: " Özümdə deyiləm. İkimizə də zərər verə bilərəm. Bunu istəmirəm, Nazlı".
Kənanın əllərindən tutdum: " Evə gedək, Kənan".
Gecəyarısı idi. Maşın yaşadığım binanın həyətində dayandı. Kənanla birlikdə evə gəldik. İkimiz də donmuşduq. Hamama keçib üzümü yudum. Qulaqlarım küyləşirdi. Kənan divanda oturub boş-boş divara baxırdı. Mətbəxə keçdim, nəsə hazırlamaq istəsəm də həvəsim yox idi.. Kofe hazırlayıb Kənanın yanına qayıtdım.
Mən: Nə fikirləşirsən?
Kənan: Bu axşamkı mənzərəni.. uyğunlaşdırmağa çalışıram.
Mən: Burada uyğunlaşdırmalı bir şey yoxdur. Həyat uyğunlaşdırıb artıq. Sənin, mənim istəyimlə olmur, Kənan.
Kənan: Sənin atan, Mənim anam və Kərim!.
Gülümsədim: "Taleyin işinə bax.. Atamla yenidən görüşmək üçün nə çox yol keçməli oldum".
Kənan: Kərim sənə özü haqda nə danışıb?
Mən: Özü haqda ilk dəfə bu gün danışdı. Yəni ailəsi haqda.. Bu axşama qədər heç nə bilmirdim. Bilsəydim orada qalmazdım..
Mən: Sənin anan və mənim atam. Haradan haraya... Sən ananı gördün, mən də atamı. Amma onlar bizi tanıdılarmı? Məncə, atama bəlli oldu. Məni tanıdı. Ancaq sən adını belə dəyişmisən.. Ona görə anan təəccübləndi..Səni tanımayıb..
Kənan əlləri ilə alnını ovxaladı: " Heç nə düşünə bilmirəm, Nazlı. Hər şeyi əvvəldən danış...Lap əvvəldən"..
...... Qəfil yuxudan oyandım. Kənanın qolları arasında idim. Nə ara yatmışdım bilmirdim. Kənan qolları ilə elə möhkəm qucaqlamışdı ki məni güclə ayrıldım. Ayağa qalxıb otağa keçdim. Kənanın üstünü örtüb gecə lampasını yandırdım. Öz-özümə bəlkə də on dəfə təkrarladım: " Kaş hər şey yuxu olardı" ....
19-cu bölüm sonu.
Müəllif-ParadiseSark.