Gulusum

Gulusum Xəbərlər 24-01-2021, 21:22

Ermənistanın hərbi analitiki: Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır

Ermənistanın hərbi analitiki: Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır
"Əgər döyüş itkilərinin hesablanması metodologiyası təqdim edilsəydi, Ermənistanın baş nazirinin müavininin müharibənin gedişatında demək olar dörd min nəfərin həlak olması haqqında bəyanatı etibarlı olardı”.

LoaDinG.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə erməni hərbi analitiki Ayk Xaçikyan bildirib.

"Amma belə olduqda anlaşılmır ki, Dağlıq Qarabağdan olan, müharibədə ölən və dəfn edilən hərbi qulluqçular nəzərə alınıbmı", - deyə o qeyd edib.

“Mənim müşahidələrimə görə, erməni tərəfinin itkinləri altı min nəfərə yaxın olmalıdır", - Xaçikyan əlavə edib.

Qeyd edək ki, yanvarın 20-də Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 nəfərin həlak olması haqqında xəbər verib. Bu halda Ermənistan hakimiyyəti iddia edib ki, müharibədə ölənlərin sayı dörd min nəfəri ötmür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 344 367 321 278 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.