Diablo

Diablo İdman 2-02-2021, 19:30

Azərbaycan Kuboku: "Keşlə" "Kəpəz"ə qalib gəldi

Azərbaycan Kuboku: "Keşlə" "Kəpəz"ə qalib gəldi
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Loading.az-ın məlumatına görə, "Keşlə" "ASK Arena"da I Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 42-ci dəqiqədə Sezar Meza Kolli penaltidən vurub.

Komandalar arasında cavab matçı fevralın 7-də Gəncədə oynanılacaq.

Günün son görüşündə "Neftçi" "Bakcell Arena"da "Zirə" ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin dünən baş tutan oyunlarında "Səbail" səfərdə "Sumqayıt"ı 1:0, "Qarabağ" isə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 461 404 335 402 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.