Owusu

Owusu özünü 😔 qəmli hiss edir. Sevgi 30-06-2022, 10:30

ATA ölsə, uşaqlıqda ölür

ATA ölsə, uşaqlıqda ölür
Valideynlərdən biri ölər ilk öncə. Ağlayarsan sonra. Səssiz hıçqırıqlarını qara gecələr bilər sadəcə. Və sadəcə yastığın bilər göz yaşlarıvı..Zaman keçər, aradan aylar, hətta illər keçər..Darıxarsan, sızlayar ürəyivin sol tərəfi. Anlatmaq istəyərsən darıxmağıvı bütün dünyaya..Bütün dünya səninlə darıxsın istəyərsən..Amma başa sala bilməssən heç kimsəyə..Bəlkədə darıxmaq hissini ifadə edəcək kəlmə yoxdur lüğətdə..Düyün olar sonra, udqunarsan keçsin deyə o düyün keçməz..Və sonra darıxmağın axar gözlərindən..Bir gün ata olsam övladımı çox sevəcəm. Hər fürsəttə ona onu çox sevdiyimi,onun mənim üçün çox önəmli olduğunu deyəcəm. O qədər çox sevəcəm ki başqalarının sevgisinə möhtac olmayacaq. Ona dünyanın ən mükəmməl övladı olduğunu deyəcəm. Onu heçkəslə müqayisə etməyəcəm.O sevgi əzabı çəkəndə yanında olub onunla biryerdə ağlayacam.Elə sevəcəm ki,onu həyatında nə olursa olsun həyatından kim gedirsə getsin Atam var deyəcək.2 alanda ona əsəbləşmək,onu döymək yerinə daha yaxşı çalışmağına kömək edəcəm. Arzuları nə olursa olsun əlindən tutacam birlikdə addımlayacam onunla.Xəyallarına ciddi yanaşacam,ələ salmıyacam onu. Neçə yaşında olursa olsun neçə yaşımda olsam da onunla uşaqlıq edəcəm. Yaralı yerlərindən öpəcəm.Oxuduğu kitabları,izlədiyi filmləri,ilk sevgisini bütün həyəcanını mənimlə paylaşsın deyə əlimdən gələni edəcəm.Evdəki əşya üçün qəlbini qırmıyacam.Ona yüküm deyil mükafatım kimi baxacam.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
503 536 446 452 512 445

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.