Premyer Liqa: “Turan Tovuz” “Qarabağ”ı, “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində daha 2 oyunu keçiriləcək.
LoaDinG.Az xəbər verir ki, günün ilk matçında “Qarabağ” klubu “Turan Tovuz”un qonağı olacaq. 50 xalı olan Ağdam klubu turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 17 xalla 6-cıdır.
Günün son oyununda “Zirə” klubu “Sumqayıt”ı qəbul edəcək. Hazırda “Zirə” 28 xalla dördüncü, “Sumqayıt” isə 12 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun açılış matçında “Kəpəz” evdə “Qəbələ” ilə heç-heçə edib - 2:2. Tura yanvarın 26-da keçiriləcək “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” görüşləri ilə yekun vurulacaq.