ice berg

ice berg Xəbərlər 27-01-2023, 16:14

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.

LoaDinG.aZ xəbər verir ki, bu barədə məlumatı "Mouze" teleqram kanalı yayıb.

Hücum nəticəsində bir nəfərin həlak olduğu, daha bir nəfərin isə yaralandığı bildirilir.

***

"Mouze" teleqram kanalının məlumatına görə, hadisə bu gün səhər saat 8:30 radələrində baş verib.

Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

Hücum edən şəxs saxlanılıb. İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

***

"Caliber" xəbər verir ki, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
359 324 317 294 303 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.